Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 10-cu tur çərçivəsində lider “İstiqlal”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçdan məğlubiyyətlə ayrılıblar – 0:2.
Bu mövsüm keçirdiyi 10 oyundan beşində qalib gəlmiş komanda beşinci məğlubiyyətinə üzülüb. Təbrizlilər hazırda 15 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.
“Traktor” növbəti matçını noyabrın 25-də doğma meydanda “Fulad”a qarşı keçirəcək.



