Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 13-cü tur çərçivəsində “Paykan”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar – 2:0. Təbrizlilərin hər iki qolunu Mehdi Abdi vurub. O, 70 və 90-cı dəqiqələrdə fərqlənib.
Bu mövsüm keçirdiyi 13 oyundan səkkizində qalib gəlmiş komanda beş görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 24 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıblar.
“Traktor” növbəti matçını dekabrın 25-də səfərdə “Malavan”a qarşı keçirəcək.



