Futbol üzrə İran çempionatında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Arena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Fulad”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.
22 oyuna 30 xal toplamış “Traktor” 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Təbrizin digər təmsilçisi – 11 xala malik “Maşinsazi” isə sonuncudur.


