“Traktor”a səfərdə qələbə üçün bir qol bəs etdi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 12-ci tur çərçivəsində “Gol Gohar”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar – 1:0. Təbrizlilərin yeganə qolunu 43-cü dəqiqədə Qustavo vurub.

Bu mövsüm keçirdiyi 12 oyundan yeddisində qalib gəlmiş komanda beş görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 21 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıblar.

“Traktor” növbəti matçını dekabrın 18-də doğma meydanda “Paykan”a qarşı keçirəcək.

Xəbəri istədiklərinizlə paylaşın