Fransanın 2-ci liqasında çıxış edən “Trua” 2026/2027-ci illər mövsümündə Liqa 1-də mübarizə aparmaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, eyniadlı şəhəri təmsil edən bu komanda Liqa 2-nin 32-ci turunda “Sent Etyen”lə üz-üzə gəlib.
Rəqibini 2:0 hesabıyla məğlub edən komanda sona iki tur qalmış elitaya vəsiqəni rəsmiləşdirib.
64 xalla turnir cədvəlinin birinci sırasında yer almış “Trua” ən yaxın izləyicisi “Le Man”ı 6 xal qabaqlayır. Trualılar 32 oyunda 19 qələbə qazanıblar, 7 heç-heçə ediblər, 6 məğlubiyyətə üzülüblər. “Le Man” 58 xalla ikinci, “Sent Etyen” 57 xalla üçüncü, “Red Star” 54 xalla dördüncü, “Reyms” 52 xalla beşinci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Trua” sonuncu dəfə 2022/2023-cü illər mövsümündə Fransa Liqa 1-də oynayıb.


