Ötən gecə keçirilmiş final oyunu ilə futbol üzrə Asiya Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, həlledici oyunda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli” ilə Yaponiyanın “Maçida” komandaları üz-üzə gəliblər.
Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Beləcə, 120 dəqiqə davam edən görüş ərəblərin qələbəsi ilə başa çatıb – 1:0. “Əl-Əhli”nin yeganə qolunu 96-cı dəqiqədə Feras Albrikan vurub.
Qeyd edək ki, “Əl-Əhli” ardıcıl ikinci dəfə Asiya Çempionlar Liqasında çempionluq sevinci yaşayır.


