“Turan Tovuz” 25-ə çatdı, 30-cu oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunda “Karvan”ı qəbul etmiş “Turan Tovuz” rəqibini 1:0 hesabı ilə məğlub edib.

Arena.az xəbər verir ki, bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.

Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə etmiş 30-cu komandadır.

Xatırladaq ki, “Turan Tovuz” 2022/2023-cü illər mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilmiş matçda meydan sahibləri 2 qola seviniblər.

Kurban Berdıyevin çalışdırdığı Tovuz təmsilçisi Premyer Liqanın cari mövsümündə keçirdiyi 18 oyunda 10 qələbə qazanıb, 3 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb. Komanda 33 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: