17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) Bakı şəhərində təlim-məşq toplanışına start verilib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-17-nin baş məşqçisi Füzuli Məmmədov yığmaya 24 oyunçu cəlb edib. Onların arasında Rusiya, Serbiya, İsveç və Almaniya klublarının üzvləri də var. Hazırlıq prosesi fevralın 16-na qədər davam edəcək.
Qeyd edək ki, Bakı toplanışından sonra Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək yekun heyət müəyyənləşəcək.
- Xəqan Şükürov – Zirə
- Rauf Əyyubov – Sabah
- Məhdi Həsənov – Neftçi
- Elgün Alışov – Rot-Vays Oberhauzen (Almaniya)
- Murad Qurbanov – Zirə
- Həzrət Səmədov – Sabah
- Əlibəy Mahmudov – Sabah
- Fərid Cabbarlı – Zirə
- Fərid Abdinov – Stroqino (Rusiya)
- Hüseyn Atayev – Turan Tovuz
- Tunar Muradov – Turan Tovuz
- Nihad İsaqov – Kəpəz
- İlkin Həsənzadə – Sumqayıt
- Elvin Vəliyev – Neftçi
- Vusal Kərimov – Neftçi
- Toğrul Haqverdiyev – EFA
- Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
- Rafael Qaziyev – Dinamovets (Rusiya)
- Nicat Nərimanov – Brommapoykarna (İsveç)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- İbrahim Xəlilov – Sabah
- Murad Cabbarov – Sumqayıt
- Ümid Səlimov – Sabah
- Əli İbrahim – Qarabağ