İspaniyanın “Real” klubu yarımmüdafiəçisi Federiko Valverde ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
La Liqa nəhəngi Uruqvaydan olan 23 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə bağlayıb. Futbolçunun Madrid təmsilçisi ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər idi.
Qeyd edək ki, Federiko Valverde 2016-cı ildə yetirməsi olduğu “Penyarol”dan “Real”a transfer olunub. O, əvvəlki bir mövsümü bu klubun B komandasında (“Kastilya”) keçirib. 2017/18 mövsümündə “Deportivo”ya icarəyə verilən futbolçu, oradan qayıtdıqdan sonra “Real”ın əsas komandasında oynamağa başlayıb. O, Madrid təmsilçisinin heyətində meydana çıxdığı 75 matçda 5 qola imza atıb. Yarımmüdafiəçi Uruqvay yığmasında da 29 matç keçirib, 2 qol vurub.



