“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə “İmişli” 0:2 hesabıyla məğlub olub.
Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hakimlər barədə çox təəccüblü və narazıyam. Birinci qolda oyunçumuza qarşı qayda pozuntusu var idi. Qapımıza təyin olunan penaltiyə gəldikdə, belə epizodlar çempionatda yüz dəf olub. Amma heç birində penalti verilməyib. Çempionatın səviyyəsinin qalxmasını istəyiriksə, hakimlik də inkişaf etməlidir.
Komandamın çıxışından razıyam. Futbolçular nəticəni dəyişmək üçün sona qədər mübarizə apardılar. Heç-heçə ədalətli nəticə olardı. Artıq mövsümün sonuna 4 oyun qalıb. Mübarizəni sona qədər davam etdirəcəyik. Komanda başını aşağı salmayacaq, daha da əzmkar mübarizə göstərəcək. Komandam hələ hədəfinə çatmayıb. Bütün diqqətimiz burdadır”.


