“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola geridə qalan mövsümdə UEFA Çempionlar Liqasının qalibi olmasından danışıb.
Arena.az “Football.London”a istinadən Qvardiolanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“UEFA Çempionlar Liqasını qazanmaq üçün səkkiz il sərf etdik. Bu mövsüm finalda Romelu Lukaku bizə üç metrdən qol vura bilmədiyi üçün bu turniri qazandım”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün finalında “Mançester Siti” “İnter”i 1:0 hesabı ilə məğlub edib. “Şəhərlilər” tarixində ilk dəfə Çempionlar Liqasını qazanıblar. Xosep Qvardiola üçün isə bu, Avropanın ən nüfuzlu turnirində üçüncü qələbəsidir.
Vurğulayaq ki, “Siti” həm də treblə imza atıb: Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanmaqla, həmşəhərlisi “Mançester Yunayted”in 1998/1999 mövsümündəki uğurunu təkrarlayıb.


