Əvəzedicilər Liqasında 4-cü turun oyun cədvəli açıqlandı

Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 4-cü turun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, sözügedən turun qarşılaşmaları 26, 27 və 28 avqust aralığında təşkil olunacaq.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Əvəzedicilər Liqası
4-cü tur
26 avqust

“Araz Naxçıvan-2” – “Sumqayıt-2”
Binə qəsəbə stadionu, 17:00.

27 avqust

“Turan Tovuz-2” – “Səbail-2”
Tovuz şəhər stadionu, 17:00.

“Zirə-2” – “Sabah-2”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.

28 avqust

“Qarabağ-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 17:00.

“Neftçi-2” – “Qəbələ-2”
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: