Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 5-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Sabah”ın ikinci komandası “Turan Tovuz”un əvəzediciləri ilə ev oyununda 5 cavabsız qola sevinib. “Kəpəz”in əvəzediciləri isə “Araz-Naxçıvan”ın ikinci komandasına doğma meydanda böyük hesabla uduzub. “Səbail”lə “Qarabağ”ın əvəzediciləri arasındakı görüşdə də meydan sahibləri inamlı qələbəyə seviniblər.
Əvəzedicilər Liqası
5-ci tur
2 sentyabr
“Sabah-2” – “Turan Tovuz-2” 5:0
Qollar: Ceyhun Nuriyev, 35; 61-pen. Şahmar Aşurov, 36. Məhəmməd Əliyev, 52. Xəyal Əliyev, 84.
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Sevda Nuriyeva, Maqsud Şamıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “ASK Arena”, 18:00.
“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 0:3
Qollar: Tuqay Əlizadə, 44. Bayraməli Qurbanov, 84. Vüsal Alızadə, 88.
Hakimlər: Mahmud Bağırzadə, Kərim Zeynalov, Sənan Atayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Səbail-2” – “Qarabağ-2” 3:1
Qollar: Amil Yunanov, 18. İftixar İbrahimov, 87. Ayaz Mikayılov, 90 – Musa Musazadə, 41.
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 17:00.
3 sentyabr
“Qəbələ-2” – “Zirə-2”
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Sumqayıt-2” – “Neftçi-2”
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.


