Əvəzedicilər: “Sabah” 2, “Səbail” tək qolla qalib gəldi

Bu gün Premyer Liqa klublarının əvəzedici komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 7-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Sabah-2” – “Kəpəz-2” oyununda meydan sahibləri inamlı qələbəyə seviniblər.

“Səbail-2” isə “Araz-Naxçıvan”ın əvəzedicilərini tək qolla məğlub edib.

Tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
7-ci tur
24 sentyabr

“Sumqayıt-2” – “Turan Tovuz-2” 4:3
Qollar: Sənan Muradlı, 40; 44; 52. Ayxan Süleymanlı, 81 – Sadiq Şəfiyev, 34. Fərid Cəfərov, 82. Taleh Həsənov, 90+1.
Hakimlər: Nicat İsmayıllı, Anar Bədəlov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Zirə-2” 3:1
Qollar: Yelmar Aşurov, 8-öz qapısına. Bahadur Quliyev, 32. İsmayıl Zülfüqarlı, 45+2-pen – Raul Nağıyev, 90+1.
Hakimlər: Elvin Bayramov, Rəhman Aslanov, Aydın Bəxşiyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 16:00.

25 sentyabr

“Sabah-2” – “Kəpəz-2” 2:0
Qollar: Xəyal Əliyev, 45+1. İldar Ələkbərov, 88.
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, İrşad Aydınov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
“ASK Arena”, 17:00.

“Səbail-2” – “Araz-Naxçıvan-2” 1:0
Qol: Taleh Qarayev, 90+6-pen.
Hakimlər: Mahmud Bağırzadə, Teymur Teymurov, Vüqar Bayramov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”, 17:00.

26 sentyabr

“Qəbələ-2” – “Qarabağ-2”
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: