Rafinya Ferreyra karyerasını başa vurdu

Futbol üzrə Braziliya milli komandasının və “Bayern”in sabiq cinah müdafiəçisi Rafinya Ferreyra karyerasını başa vurub.

Arena.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesablarında məlumat yayıb.

Ferreyra 39 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Müdafiəçinin sonuncu klubu bu ilin martında ayrıldığı “Koritiba” olub. Son mövsümdə o, bu komandanın heyətində 10 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Rafinya əvvəllər “Bayern”, “Şalke”, “San Paulo”, “Flamenqo”, “Qremio”, “Cenoa” və “Olimpiakos”da da çıxış edib. O, karyerası ərzində 779 rəsmi oyuna çıxıb, 23 qol vurub və 77 məhsuldar ötürmə verib.

Rafinya Ferreyra “Bayern”lə 7 dəfə Almaniya çempionu olub, 4 dəfə Almaniya Kubokunu, 4 dəfə Almaniya Super Kubokunu, 1 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə FİFA Klub Dünya Kubokunu qazanıb.

Müdafiəçi 2008-ci ildə debüt etdiyi Braziliya milli komandasında da 4 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: