Qəbələdə təlim-məşq toplanışına başlayan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-20) heyətinə yeni futbolçu cəlb olunub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi”nin yarımmüdafiəçisi Nicat Məhərrəmov da millinin düşərgəsinə qoşulub. O, ilkin açıqlanmış heyətdə yer almamışdı. Lakin məşqçilər korpusu sonradan onun da heyətdə yer almasına qərar veriblər.
Xatırladaq ki, ötən gündən toplanışa başlamış U-20 millimiz iyunun 10-na qədər Qəbələdə hazırlıq keçəcək.
Millinin portuqaliyalı baş məşqçisi Rui Jorje hazırlıq prosesində bu futbolçuları sınaqdan keçirir:
- Həbib Hüşənov – Qəbələ
- Aftandil Arıxov – Sumqayıt
- Ayxan Abbaszadə – Turan Tovuz
- Uğur Qurbanlı – Qarabağ
- Səttar Tahirzadə – Marset (İspaniya)
- Murad Qurbanov – Zirə
- Həzrət Səmədov – Sabah
- Rəşad Alışov – Qarabağ
- Nadir Orucov – Sumqayıt
- Əhməd Tarverdiyev – Sabah
- Eltun Babazadə – Qarabağ
- Ziya Şəkərxanov – Qəbələ
- Rəvan Feyziyev – Qəbələ
- Əliəkbər Rzazadə – Qarabağ
- Pünhan Qasımzadə – Neftçi
- Abduləziz Cabbarlı – Qarabağ
- İbrahim Babayev – Barselona (İspaniya)
- Anar Hüseynov – Sabah
- Əli Qazibəyov – Qarabağ
- Həsən Nəzərli – Keçiören Spor (Tükiyə)
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Şahnur İsmayılov – Kəpəz
- Nihad Orucəli – Sumqayıt
- Toğrul Tapdıqlı – Sabah
- Nicat Məhərrəmov – Neftçi


