U-20 millimizin ilk sınağı

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-20) bu gün yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Rui Jorjenin rəhbərlik etdiyi komandamız Pakistan yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu, U-20 millimizin Rui Jorjenin rəhbərliyi altında ilk matçı olacaq. Qəbələ şəhər stadionunda təşkil ediləcək oyuna saat 17:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycanın 20 yaşlılardan ibarət yığma komandası yenicə formalaşıb. Rui Jorje bu komandanın ilk baş məşqçisidir. Pakistan yığması isə bu millimizin ilk rəqibi kimi tarixə düşəcək. Sözügedən komanda Rui Jorjenin rəhbərliyi altında bir neçə toplanış keçirsə də, heç vaxt yoxlama oyununda qüvvəsini sınamamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: