U-20 millimiz Yaponiya yığmasına penaltilərlə qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) bu gün son yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, U-20 millimiz Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutmuş görüşün 90 dəqiqəsi 0:0 hesabı ilə nəticələnib. Penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan millisi 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimiz oktyabrın 3-də Moldovanın U-20 yığması ilə də yoxlama oyununda üz-üzə gəlmişdi. Həmin qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Yoxlama oyunu
6 oktyabr

Azərbaycan – Yaponiya – 0:0 (penaltilərlə – 5:4)
Baş hakim: İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu.

Azərbaycan: 1. Həbib Hüşənov, 2. Səttar Tahirzadə, 3. Uğur Qurbanlı (5. Rəşad Alışov, 46), 6. Həsən Nəzərli (7. Vüsal Kərimov, 46), 13. Murad Qurbanov (16. Vüsal Paşayev, 67), 14. Əhməd Tarverdiyev (9. Nadir Orucov, 46), 17. Ziya Şəkərxanov (15. Şahnur İsmayılov, 46), 18. Abdulaziz Cabbarlı (20. Pünhan Qasımzadə, 46), 23. Anar Hüseynov (10. Raul İsaqov, 67), 24. Əli Bəşirov (21. Əli Qazibəyov, 46), 25. Şahin İbrahimov (11. Nihad Orucəli, 46).
Baş məşqçi: Rui Jorje.

Yaponiya: 12. Matyu Vatanabe (1. Şun Matsuda, 83), 2. Sora Masuda (6. Haruto Nakano, 46), 3. Harumu Kubo, 5. Yuqo Okava, 7. Şimpey Okura (14. Naru Nakatsumi, 66), 9. Şion Şinkava, 10. Rento Takaoka, 11. Rea İşizuka (18. Ryu Nakamura, 46), 13. Dayqo Hiraşima (8. Yuta Suqavara, 74), 19. Kanata Hirano (4. Haruto Nakano, 83), 20. Kayci Çonan (15. Hideaki Matsumura, 66).
Baş məşqçi: Satoşi Yamaquçi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: