“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi Premyer Liqanın 10-cu turunda “Lids”ə 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının topa daha çox sahib olmasına və oyuna nəzarət etməsinə baxmayaraq, hücumların sonluğunda problemlər yaşadıqlarını bildirib:
“Nəticədən ciddi məyusuq. Komanda oyuna nəzarət edirdi və topa çox sahib olurdu. Lakin “Lids” çox yaxşı və kompakt müdafiə olundu, öz imkanından isə yararlandı. Bizə hücumların son üçdəbirində konkretlik, aqressivlik və dəqiq son ötürmə çatmadı.
“Elland Road”da oynamaq tribunaların böyük təzyiqi və rəqibin yüksək intensivliyi səbəbindən həmişə olduqca çətindir. Bu məğlubiyyətdən düzgün nəticə çıxarmalı, dərs götürməli və daha güclü olmaq üçün çalışmağa davam etməliyik”, – De Zerbi deyib.


