Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqanın və Birinci Divizionun son oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 27-ci tur
“Şamaxı” – “Qəbələ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” – “Sumqayıt” oyununda “Sabah”ın futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat cərimə olunub.
“Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilib.
“Sumqayıt” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Neftçi” oyununda “Neftçi”nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Birinci Divizion, 26-cı tur
“Kəpəz” – “Sabah-2” oyununda “Kəpəz”in futbolçusu İbrahim Qədirzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Klub isə buna görə 160 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Bəhruz Teymurov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Klub buna görə 240 manat cərimə olunub. “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Şamaxı-2” – MOİK oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. MOİK-in futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunub.


