Azərbaycan millisi Millətlər Liqasına məğlubiyyətlə başladı

Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2022/23 mövsümündə ilk matçına çıxıb. Arena.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli komanda səfərdə Qazaxıstan yığması ilə qarşılaşıb.

Nur-Sultandakı “Astana Arena”da keçirilən oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start verilib.

Azərbaycan millisi Qazaxıstan səfərindən uğurlu nəticə ilə ayrılmağı hədəfləmişdi. Yeni turnirə uğurlu start vermək üçün Nur-Sultan şəhərindən qələbə ilə ayrılmaq şərt idi. Lakin ilk hissəsi qolsuz bitən matçın ikinci yarısı komandamız üçün uğursuz alınıb. Fasilədən sonra iki cavabsız qol buraxan yığmamız ilk matçında məğlubiyyətə üzülüb.

C Liqasında mübarizə aparan Azərbaycan futbolçuları 3-cü qrupdakı növbəti matçını ayın 6-da Belarus yığmasına qarşı keçirəcək. Həmin oyun məlum səbəblərdən Serbiyanın Novi Sad şəhərində təşkil olunacaq.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
3 iyun

Qazaxıstan – Azərbaycan 2:0
Qol: A.Aimbetov, 50; 60.
Hakimlər: İstvan Vad, Vencel Tot, İstvan Albert, Ferents Karako (hamısı Macarıstan).
Nur-Sultan, “Astana Arena”.

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 6. Yeldos Ahmetov, 7. Aslan Darabayev, 8. Asxat Taqıbergen (k), 10. Bauırjan Baytana, 11. Yan Voroqovski, 13. Bağdat Kairov, 17. Abat Aimbetov 22. Aleksandr Maroçkin, 23. Elxan Astanov.
Ehtiyat oyunçular: 1. Bekxan Şayzada, 15. Muxammejan Seysen, 2. Sergey Malıy, 4. Samat Zarinbetov, 5. İslambek Kuat, 9. Artur Şuşenaçev, 14. Vladislav Vasilyev, 16. Qafurjan Suyumbayev, 18. Timur Dosmaqambetov, 19. Mixail Qabışev, 20. Ramazan Orazov, 21. Maksim Samorodov.
Baş məşqçi: Məhəmməd Adiyev.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 22. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 11. Ramil Şeydayev, 13. Cəlal Hüseynov, 16. Dmitri Nazarov, 17. Toral Bayramov, 18. Bəxtiyar Həsənalızadə, 19. Qismət Alıyev, 20. Riçard Almeyda, 21. Anatoli Nuriyev.
Baş məşqçi: Canni De Byazi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: