Peşəkar Futbol Liqası Azərbaycanda futbol üzrə yeni mövsümün başlayacağı tarixləri açıqlayıb. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Belə ki, Azərbaycan Premyer Liqasında 2022/23-cü illər mövsümünün 5 avqustda start götürəcəyi diqqətə çatdırılıb.
Birinci Divizionda yeni mövsümün 24 avqustda start götürəcəyi açıqlanıb.
Peşəkar Futbol Liqası Azərbaycanda 2022/23 mövsümünün transfer dövrlərinin tarixlərini də açıqlayıb. Yay transfer pəncərəsi 10.06.2022 – 01.09.2022, qış transfer pəncərəsi 10.01.2023 – 09.02.2023 tarixlərini əhatə edəcək.


