Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 4-cü tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Qarabağ”la “Kəpəz”in əvəzediciləri arasında baş tutan görüşdə qalib müəyyənləşməyib.
“Neftçi”nin ikinci komandası isə “Qəbələ”nin əvəzedicilərini minimal hesabla məğlub edib.
Beləliklə, 4 turdan sonra 10 xala malik “Zirə-2” vahid liderdir. “Neftçi-2” və “Qəbələ-2” 9 xalla 2-3-cü yerləri bölüşürlər. “Qarabağ-2” 7 xal toplayıb. “Sabah”, “Turan Tovuz” və “Sumqayıt”ın əvəzedicilərinin 6 xalı var. “Araz-Naxçıvan”ın ikinci komandası 3 xalla 8-cidir. “Kəpəz”lə “Səbail”in əvəzediciləri isə cəmi 1 xal toplayıblar.
Əvəzedicilər Liqası
4-cü tur
26 avqust
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 0:1
Qol: Uğur Cahangirov, 15.
Hakimlər: İslam Məmmədov, Elman Kərimov, Şamil İmanzadə
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 17:00.
27 avqust
“Turan Tovuz-2” – “Səbail-2” 2:1
Qollar: Cavid Qasımov, 42. İsmayıl İsmayılov, 90+2 – İftixar İbrahimov, 35.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 17:00.
“Zirə-2” – “Sabah-2” 2:1
Qollar: Elmar Rəhimov, 70. Xəqani Sadıxov, 75 – Emin Məcidzadə, 25.
Hakimlər: Kamran Əliyev, Müslüm Əliyev, Samir Qaracayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.
28 avqust
“Qarabağ-2” – “Kəpəz-2” 1:1
Qollar: Rauf Məhərrəmov, 90+5 – Ümid Səmədov, 70-pen.
Hakimlər: Namiq Bəkirov, Anar Bədəlov, Mirnihad Seyidov, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 17:00.
“Neftçi-2” – “Qəbələ-2” 1:0
Qol: Bahadır Quliyev, 59.
Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Aydın Bəxşiyev, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.


