Dizayner Messi üçün sifarişlə özəl idman ayaqqabısı hazırladı

Dizayner Argentina yığmasının ulduzu Lionel Messi üçün onun bütün karyerasını əks etdirən xüsusi idman ayaqqabısı hazırlayıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, sifarişlə fərdi ayaqqabı dizayneri “Nike SB Dunk Low” çalarını “What the Messi” adlandırıb.

İdman ayaqqabısının hər küncü, hər rəngi və təfərrüatı argentinalı ulduzun bir futbol hekayəsindən xəbər verir. Tərtibat üçün ilham Messinin karyerası ərzində geyindiyi bir neçə köynəkdən götürülüb. Bura “Barselona”, PSJ, “İnter Mayami” və hətta “Nyuells Old Boys”un retro forması daxildir. Tərtibatçı hətta Messinin ilk Dünya Kubokunun finalında Almaniyaya məğlub olduğu oyunda (0:1) geyindiyi 2014 Dünya Kubokunun səfər formasından da istifadə edib. Eləcə də, 2022 FIFA Dünya Kuboku nişanı ayaqqabının sağ alt hissəsində, “İnter Mayami”nin hazırkı formasının rəngində olan sol alt hissəsində isə Messin “10” nömrəsi əks edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: