“Şamaxı” futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün qalibi olmaqla Premyer Liqaya vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, bu gün Birinci Liqada 2023/2024 mövsümünün sonuncu – 27-ci turunun oyunları keçirilib.
Doğma meydanda “Araz Saatlı”nı məğlub edən lider Şamaxının eyniadlı təmsilçisi Birinci Liqanın çempionu olub. Ramiz Məmmədovun komandası 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.
Səfərdə “Mingəçevir”lə bərabərə qalan (2:2) “Qaradağ Lökbatan” isə mövsümü ikinci pillədə başa vurub. Qeydə alınan nəticələrin ardından turnir cədvəliində “Şamaxı” 57 xalla lider, “Qaradağ Lökbatan” isə 54 xalla ikinci olub.
Birinci Liqa
27-ci tur
22 may
MOİK – “İmişli” 2:1
Qollar: Ramil Orucov, 32. Nihad Qurbanlı, 83 – Maqsud Ələkbərov, 39.
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Orxan İbişov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu.
“Şamaxı” – “Araz Saatlı” 3:1
Qollar: Davud Mahmudov, 9-öz qapısına. Bəhruz Teymurov, 57. Emin Zamanov, 90+6-pen – Abdulla Seydəhmədov, 61-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu.
“Mingəçevir” – “Qaradağ Lökbatan” 2:2
Qollar: Elvin Əlizadə, 57. Xəyal Muradov, 90+4 – Xəlil Bəşirov, 11. Mehdi Tahirov, 27.
Hakimlər: Rəvan Həmzəzadə, Müslüm Əliyev, Teymur Teymurov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.
“İrəvan” – “Karvan” 3:8
Qollar: Vüsal Əsgərov, 19-pen. Fərid Kərimzadə, 45; 67 – Peter Kinqs, 9; 78. Emil Qasımov, 24; 40; 48. Ruslan Süleymanov, 28. İsmael Sanoqo, 80; 88.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Sənan Atayev, Rəsul Babayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Bakı. “ASK Arena”.
“Difai Ağsu” – “Zaqatala” 1:1
Qollar: Kamil Hüseynov, 87 – İbrahim Qədirzadə, 82-pen.
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Ağsu şəhər stadionu.



