A Seriyasında “Napoli”yə qalib gələn tapıldı

Futbol üzrə İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha beş görüş baş tutub.

Dörd qolun qeydə alındığı “Sassuolo” – “Kalyari” matçında qalib müəyyənləşməyib. “Bolonya” evdə “Venetsiya”ya, “Salernitana” isə “Sampdoriya”ya uduzub.

Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Lider “Napoli” “İnter”in qonağı olub. Beş qolun qeydə alındığı matç milanlıların qələbəsiylə yekunlaşıb. Beləcə, “Napoli”nin də məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. “Milan”la “Napoli”nin eyni turda uduzmasından sonra A Seriyasında məğlubiyyətsiz komanda qalmayıb.

Joze Mourinyolu “Roma” isə bu turda “Cenoa”nın qonağı olub. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

İtaliya A Seriyası
13-cü tur
20 noyabr

Atalanta – Spetsiya 5:2
Qol: Paşaliç, 18; 41. Sapata, 38-pen. Muriel, 83. Malinovski, 89 – Nzola, 11; 90+1.

Latsio – Yuventus 0:2
Qol: Bonuççi, 23-pen; 83-pen.

Fiorentina – Milan 4:3
Qol: Dunkan, 15. Saponara, 45+1. Vlahoviç, 60; 86 – İbrahimoviç, 62; 67. Venuti, 90+6-öz qapısına.

21 noyabr

Sassuolo – Kalyari 2:2
Qol: Skamakka, 37. Berardi, 52-pen – Balde, 40. J.Pedro, 56-pen.

Bolonya – Venetsiya 0:1
Qol: Okereke, 61.

Salernitana – Sampdoriya 0:2
Qol: Di Takkio, 40-öz qapısına. Kandreva, 43.

İnter – Napoli 3:2
Qol: H.Çalhanoğlu, 25-pen. Perişiç, 44. Martines, 61 – Zelinski, 17. Mertens, 79.

Cenoa – Roma 0:2
Qol: Afena, 82; 90+4.

22 noyabr

21:30. Verona – Empoli
23:45. Torino – Udineze