17 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqası formatında təşkil olunan bu seçmə mərhələdəki ikinci oyununda Xorvatiya seçməsi ilə qarşılaşıb.
Xorvatiyada təşkil olunan matç meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan yığması ilk oyunda Lüksemburqa 0:1 hesabıyla məğlub olmuşdu. Xorvatiya yığması isə startda Maltaya da 8:0 hesablı qələbəyə sevinmişdi.
Komandamız seçmə mərhələdəki növbəti oyununu oktyabrın 8-də Maltaya qarşı keçirəcək.
AÇ-2024-ün seçmə mərhələsi
B Liqası, 3-cü qrup
5 oktyabr
Xorvatiya – Azərbaycan 8:0
Qollar: Stefani Tomiç, 5; 33. Lea Mariçiç, 11. Petra Bandula, 25; 79. Mia Pestiç, 26. Mariya Doşen, 45+2. Marta Peşut, 87.
Baş hakim: Jana Van Laere (Belçika).
Baş hakimin köməkçiləri: Melissa Lejear (Belçika), Ana Çobotaru (Moldova).
Dördüncü hakim: Yelena Qobjila (Moldova).
5 oktyabr. Branko Caclovic Cavlek (Karlovats). Saat 14:00.
Xorvatiya: 1. Nika Radoloviç (12. Lana Klobuçareviç, 46), 3. Stefani Tomiç, 4. Mia Pestiç, 5. Helena Leşiç (16. Lori Laça, 62), 7. Ana Qrdişa (17. Luana Vanyak, 29), 8. Petra Bandula, 9. Mariya Doşen, 10. Lea Mariçiç (18. Antonela Qrqiç, 29), 11. Stela Veseli (k) (15. Marta Peşut, 46), 19. Maqda Vrkariç, 21. Samanta Aliç.
Ehtiyat oyunçular: 2. Lana Cigleviç, 6. İvona Oto, 14. Mariya Kanyer, 20. Karla Zuliyeviç.
Baş məşqçi: Bojidar Miletiç.
Azərbaycan: 1. Nərgiz Əliyeva, 2. Məsumə Nəzərli (k), 4. Arzu Cəfərova, 5. Aygün Novruzova, 7. Pərişan Abdullayeva, 8. Ləman Əliyeva (6. Adelina Ağayeva, 87), 9. Vahidə Əlipaşayeva, 10. Ülviyyə İslamova, 16. Xanım Əsədova, 19. Ella Əmirova (15. Mədinə Juruqova, 35 / 17. Natella Məmmədova, 72), 20. Bədriyyə Mavludova.
Ehtiyat oyunçular: 12. Firuzə Bayramova, 3. Günay Sultanlı, 11. Səma Əsədova, 13. Arzu Ağalıyeva, 14. Yelizaveta Vaysman, 18. Aida Oksina.
Baş məşqçi: Nərgiz Qurbanova.