Futbol üzrə İngiltərə Premyer Liqasında uğursuz mövsümü geridə qoymuş “Liverpul” baş məşqçisi Arne Slot ilə yollarını ayırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Liverpul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub Slota xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. İngiltərə klubu artıq yeni məşqçi təyinatı prosesinə start verildiyini də vurğulayıb.
Xatırladaq ki, Arne Slot 2024/2025-ci illər mövsümünün əvvəlindən “Liverpul”a rəhbərlik edirdi. 47 yaşlı mütəxəssis ötən mövsüm bu komandanı İngiltərə çempionu etmişdi. Bu, “qırmızılar”ın 20-ci çempionluğu idi. Slot isə bu uğurdan sonra İngiltərə Liqa Məşqçiləri Assosiasiyası tərəfindən ötən ilin ən yaxşı məşqçisi adına layiq görülmüşdü.
2025/2026-cı illər mövsümündə isə Slotun “Liverpul”u 38 oyuna topladığı 60 xalla 5-ci yeri tutub və çətinliklə də olsa, UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Slotun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaqdı. Amma məhz son mövsümdəki qeyri-sabit çıxış onun postundan ayrılmasına səbəb olub.


