AFFA “Sabah”la “Neftçi”yə tabloya görə xəbərdarlıq etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ” – “Kəpəz” oyununun 49-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Qəbələ” klubu isə buna görə 500 manat cərimə edilib.

“Sabah” – “Səbail” oyununda hesab tablosu işləmədiyinə görə “Sabah” klubuna xəbərdarlıq edilib.

“Sabah” – “Səbail” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda hesab tablosu işləmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilib.

“Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 16-cı turundakı oyunlarla da bağlı qərarlarını açıqlayıb:

“Zirə-2” – “Araz-Naxçıvan-2” oyununun 82-ci dəqiqəsində “Zirə”nin futbolçusu Ramin Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Zirə” klubu buna görə 50 manat cərimə edilib.

“Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zirə” klubu 80 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: