Amerika Kubokunda yarımfinalçılar müəyyənləşdi

Futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, bu gün son iki yarımfinalçının adına aydınlıq gəlib.

Əvvəlcə Kolumbiya və Uruqvay yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Buna görə də qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyənləşdirmək lazım gəlib. Penaltilər seriyasında kolumbiyalılar 4:2 hesabı ilə üstün olublar.

Sonuncu yarımfinal görüşü Argentina və Ekvador yığmaları arasında baş tutub. Argentinalılar bu oyunda üç cavabsız qola seviniblər.

Amerika Kubokunda daha əvvəl Braziliya Çilini 1:0, Peru isə Paraqvayı əsas vaxtı 3:3 hesabı ilə yekunlaşmış qarşılaşmada penaltilərlə yenmişdi – 4:3.

Beləliklə, yarımfinalda Braziliya Perunu, Argentina Kolumbiyanı sınağa çəkəcək. Oyunlar 6-7 iyulda keçiriləcək.

Amerika Kuboku
4 iyul

Uruqvay – Kolumbiya 0:0 (penaltilər 2:4)


Argentina – Ekvador 3:0
Qol: Rodriqo De Paul, 40. Lautaro Martines, 84. Lionel Messi, 90+3.