Gülənbər Qasımova U-15 milimizdən istefaya göndərildi

AFFA 15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin (U-15) baş məşqçisi Gülənbər Qasımova ilə müqaviləyə xitam verib.

Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar. O da qeyd edilir ki, Gülənbər Qasımova Azərbaycanın U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, U-15 millimizə bundan sonra kimin rəhbərlik edəcəyi hələ məlum deyil. Böyük ehtimalla bu posta təyinatla bağlı daha sonra qərar veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: