A Seriyası: 2025/26 mövsümü sürprizlərlə bitdi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.

“Parma” doğma meydanda “Sassuolo”nu, “Napoli” “Udineze”ni, “Leççe” isə “Cenoa”nı tək qolla üstələyib.

“Roma” səfərdə “Verona”nı, “Komo” isə “Kremoneze”ni yenməklə üst pillələrə qalxıb. Əvəzində “Milan” evdə “Kalyari”yə uduzub, “Yuventus” isə Turin derbisində “Torino” ilə bərabərə qalıb.

Beləliklə, cari mövsümün yekunlarına əsasən “İnter” 78 xalla çempion olub, “Napoli” 76 xalla gümüş, “Roma” 73 xalla bürünc medallara sahib çıxıb. 71 xal toplamış “Komo” da mükafatçılarla birgə növbəti mövsümdə İtaliyanı UEFA Çempionlar Liqasında təmsil edəcək. “Milan”la (70) “Yuventus” (69) Avropa Liqasına, “Atalanta” (59) Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

“Kremoneze” (34), “Verona” (21) və “Piza” (18) komandaları isə elita ilə vidalaşıblar.

İtaliya, A Seriyası
38-ci tur
22 may

Fiorentina – Atalanta 1:1
Qollar: Pikkoli, 39 – Komusso, 82-öz qapısına.

23 may

Bolonya – İnter 3:3
Qollar: Bernardeski, 25. Pobeqa, 42. Zelinski, 48-öz qapısına – Dimarko, 22. Espozito, 64. Diuf, 86.

Latsio – Piza 2:1
Qollar: Dele-Başiru, 33. Pedro, 35 – Moreo, 23.

24 may

Parma – Sassuolo 1:0
Qol: Pelleqrino, 80.

Napoli – Udineze 1:0
Qol: Höylund, 24.

Milan – Kalyari 1:2
Qollar: Salemakers, 2 – Borelli, 20. J.Rodriqes, 57.

Kremoneze – Komo 1:4
Qollar: Bonassoli, 55-pen – X.Rodriqes, 36. Duvikas, 51. Da Kunya, 74-pen; 81.

Leççe – Cenoa 1:0
Qol: Banda, 6.

Torino – Yuventus 2:2
Qollar: Kasadey, 60. Adams, 84 – Vlahoviç, 24; 54.

Verona – Roma 0:2
Qollar: Malen, 56. El Şaaravi, 90+3.

Xəbəri sosial şəbəkələrdə paylaş: