AFFA tərəfindən 14 yaşadək qızlardan ibarət komandalar arasında keçirilən U-14 Qızlar Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda “İsmayıllı” üzərində 3:1 hesablı qələbə qazanmış “Şəfa” komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Sabah” və “Ulduz“ komandaları üz-üzə gəliblər. Rəqibini 1:0 hesabı ilə üstələyən “Ulduz” çempion olub. “Sabah” isə gümüş medallar əldə edib.
Oyunlardan sonra “Şəfa” bürünc, “Sabah” gümüş medalla, “Ulduz” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. Liqanın ən məhsuldar futbolçusu adına 39 qol vuran Əsmər İsmayıllı (“Ulduz”) yiyələnib. U-14 Qızlar Liqasında mövsümün ən yaxşı futbolçusu isə “Sabah”ın üzvü Elina Kotikova seçilib.
Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt və Azərbaycan millisinin futbolçusu Alina Nəhmədova təqdim ediblər.



