İngiltərənin “Arsenal” klubu futbolçusu Lukas Torreyranı icarəyə verib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi karyerasını “Fiorentina”da davam etdirəcək. İtaliya klubu onu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Uruqvaylı futbolçu yeni komandasında “18” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Torreyra 2018-ci ildən “Arsenal”da oynayır. O, London təmsilçisində meydana çıxdığı 89 matçda 4 qola imza atıb. “Topçular” Lukası ötən mövsüm Madrid “Atletiko”suna da icarəyə vermişdilər. Uruqvay millisinin sabiq üzvü daah öncə “Peskara” və “Sampdoriya”da forma feyinib. Futbolçu, ölkəsinin millisində 31 matça çıxıb.


