İngiltərənin “Aston Villa” klubu üç futbolçusi ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə qapıçı Tom Hiton, müdafiəçi Nil Teylor və yarımmüdafiəçi Əhməd Əl-Məhəmmədi ilə yolların ayrıldığı diqqətə çatdırılıb. Onların hər birinə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Əl-Məhəmmədi 2017-ci ildən bu komandanın uğurları üçün çalışırdı. O, bu klubun forması ilə 129 matça çıxıb, 4 qola imza atıb.
Teylor da 2017-ci ildən “Aston Villa”da idi. Sol cinah müdafiəçisi bu komandada 103 matça çıxıb.
Hiton isə 2019-cu ilin yayından sözügedən klubun formasını geyinirdi. O, bu komandada cəmi 20 matça çıxıb. 35 yaşlı qapıçı sonradan aldığı ciddi səbəbindən uzun müddət komandaya kömək edə bilməyib.
Qeyd edək ki, “Aston Villa” Premyer Liqada mövsümü 11-ci sırada bitirib.