Azərbaycan – İordaniya: Start heyətlər açıqlandı

Futbol üzrə Azərbaycan milli komandası bu gün Bakıda İordaniya yığması ilə beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək.

Arena.az xəbər verir ki, artıq Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq qarşılaşma üçün start heyətləri də müəyyənləşib.

Saat 20:00-da start götürəcək oyunu Türkiyədən olan FIFA referisi Arda Kardeşler idarə edəcək. Ona yan xətt hakimləri Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan yardım edəcəklər.

İordaniya ilə görüş Azərbaycan millisinin 2023-cü ildə ilk yoldaşlıq matçıdır. Canni De Byazinin rəhbərlik etdiyi komandamız bu il hələlik dörd oyun keçirib ki, onların da hamısı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutub. Səfərdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabıyla uduzmuş millimiz Bakıda da Estoniya ilə “sülh” bağlayıb (1:1), Belçikaya isə bir neçə gün öncə 0:1 hesabıyla uduzub.

Yoldaşlıq oyunu
12 sentyabr

20:00. Azərbaycan – İordaniya
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan (Türkiyə)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 11. Ozan Can Kökçü, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 6. Bəxtiyar Həsənalızadə, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 15. Rahil Məmmədov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 24. Yusif Nəbiyev.
Baş məşqçi: Canni De Byazi.

İordaniya: 1. Yazid Əbu Layla, 3. Abdullah Nəsib, 5. Yazan əl-Arab, 7. Anas Hammad, 9. Əli Olvan, 13. Mahmud əl-Mardi, 14. Nizar əl-Raşdan, 17. Raqayi Ayed, 21. Mustafa Eid, 23. Ehsan Haddad, 20. Həmzə əl-Dardur (k).
Ehtiyat oyunçular: 22. Məhəmməd Abuxəlil, 12. Abdullah əl-Zubi, 2. Məhəmməd Əbu Həşiş, 4. Məhannəd Xair Allah, 6. Obayda əl-Samarneh, 8. Nur əl-Ravabdeh, 10. Musa əl-Tamari, 11. Yazan əl-Naymat, 15. Mahmud Şavkat, 16. Firas Şalabiya, 18. Saleh Rateb, 19. Yusuf Əbu əl-Cəzar.
Baş məşqçi: Hüsseyn Ammuta.

Xəbəri sosial şəbəkələrdə paylaş: