Futbol üzrə Azərbaycan millisi 2023-cü ildə açıqlanan ilk FIFA reytinqində üç pillə geriləyib. Arena.az xəbər verir ki, bu gün dünyanın ali futbol qurumu milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Sonuncu dəfə ötən ilin dekabr ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan millisi 3 pillə geriləyərək 124-cü pillədə qərarlaşıb. Komandamızın hesabında hazırda 1142 xal var.
Yığmamızın belə geriləməsinə AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri səbəb olub. Yığmamız Avropa komandaları arasında isə 46-cı sıradadır.
Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən Belçika (1792.53) 4-cü, İsveç (1558.7) 22-ci, Avstriya (1508.24) 32-ci, Estoniya isə (1182.5) 108-ci sırada qərarlaşıb.
2023-cü ilin ilk reytinq siyahısına 1840.93 xalla Argentina yığması başçılıq edir. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olmuş bu komanda Braziliya millisini taxtdan salaraq zirvəyə yüksəlib. 1838 xala malik Fransa yığması da ikinci pilləyə yüksəlib. Əvvəlki lider Braziliya seçməsi isə üçüncü sıraya düşüb – 1834 xal.
Bir pillə irəliləyən Türkiyə seçməsi 1465.7 xalla 43-cü yerdə qərarlaşıb.
FİFA reytinqində ilk 50 pillədə qərarlaşan komandalar
1. Argentina – 1840.93
2. Fransa – 1838.45
3. Braziliya – 1834.21
4. Belçika – 1792.53
5. İngiltərə – 1792.43
6. Niderland – 1731.23
7. Xorvatiya – 1730.02
8. İtaliya – 1713.66
9. Portuqaliya – 1707.22
10. İspaniya – 1682.85
11. Mərakeş – 1677.79
12. İsveçrə – 1664.24
13. ABŞ – 1653.77
14. Almaniya – 1647.42
15. Meksika – 1631.87
16. Uruqvay – 1631.29
17. Kolumbiya – 1617.08
18. Seneqal – 1613.21
19. Danimarka – 1594.53
20. Yaponiya – 1588.59
21. Peru – 1561.2
22. İsveç – 1558.7
23. Polşa – 1553.76
24. İran – 1553.23
25. Serbiya – 1541.52
26. Uels – 1538.95
27. Cənubi Koreya – 1536.01
28. Tunis – 1535.76
29. Avstraliya – 1532.79
30. Ukrayna – 1530.04
31. Çili – 1511.32
32. Avstriya – 1508.24
33. Macarıstan – 1504.24
34. Əlcəzair – 1504.19
35. Misir – 1500.67
36. Şotlandiya – 1500.52
37. Rusiya – 1495.53
38. Çexiya – 1495.04
39. Kosta Rika – 1491.12
40. Nigeriya – 1480.8
41. Ekvador – 1478.13
42. Kamerun – 1470.21
43. Türkiyə – 1465.7
44. Norveç – 1463.77
45. Fil Dişi Sahili – 1449.95
46. Rumıniya – 1444.58
47. Kanada – 1442.66
48. Paraqvay – 1440.65
49. İrlandiya – 1436.31
50. Burkina Faso – 1433.91