19 yaşadək qadın futbolçulardan Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, komandamız bu gün Gürcüstanın U-19 yığması ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında sentyabrın 23-də daha bir yoxlama oyunu baş tutacaq.
Baş məşqçi Həbib Ağayev bu toplanış üçün 18 futbolçuya dəvət göndərib. Belə ki, Azərbaycan millisi Gürcüstana bu heyətlə yollanıb:
- Şahməmmədova Mehriban – Neftçi
- İsmayılova Güləsər – Neftçi
- Əkbərova Aydan – Baku Cuniors
- Ziyadova Aysel – Qəbələ
- Mirzəyeva Aytac – Neftçi
- Hüseynli Fatiməyi Zəhra – Sumqayıt
- Həsənli Səma – Qəbələ
- Seyidova Müjgan – Neftçi
- Əhmədova Fatimə – Baku Cuniors
- Həsənova Aydan – Neftçi
- Kocabey Buse Nur – Asyaspor (Türkiyə)
- Əliyeva Röya – Baku Cuniors
- Hacıyeva Mələk – Baku Cuniors
- Piriyeva Şəkər – Gömrükçü
- Murtuzayeva Aysu – Neftçi
- Haqverdiyeva İntizar – Neftçi
- Abbaszadə Lalə – Neftçi
- Kesmez Sumeyra – Konyaspor (Türkiyə)


