Azərbaycan – Fransa: Öncə Deşam, sonra Abbasov

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – Fransa oyunu öncəsi keçiriləcək mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, hər iki tədbir oyundan bir gün öncə – 15 noyabrda baş tutacaq.

Fransa milli komandasının baş məşqçisi Didye Deşamın mətbuat konfransı 17:00-da başlayacaq. Yığma komandamızın çalışdırıcısı Ayxan Abbasov isə 19:30-da media önünə çıxacaq.

Mətbuat konfransları və açıq məşqlər Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

15 noyabr

Fransa milli komandası
17:00. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Fransa oyununa saat 21:00-da start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın