Dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Fransa oyununun hakim təyinatları açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Latviya və Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Harald Qudermanis və Aleksey Spasennikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vitali Spasyonnikov yerinə yetirəcək.
Kley Ruperti VAR-da, Kristap Ratnyek isə AVAR-da təmsil olunacaqlar.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
16 noyabr
Azərbaycan – Fransa
Baş hakim: Andris Treymanis (Latviya).
Baş hakimin köməkçiləri: Harald Qudermanis, Aleksey Spasennikov (Latviya).
Dördüncü hakim: Vitalis Spasyonnikov (Latviya).
VAR: Kley Ruperti (Niderland).
AVAR: Kristap Ratnyek (Latviya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00.


