“Sabah” tarixi qələbə qazandı, Azərbaycan rekordu yeniləndi

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa yolunda mübarizə aparan “Sabah” Bakı Olimpiya Stadionunda “Slaviya”nı qəbul edib.

Arena.az xəbər verir ki, Çexiya təmsilçisi üzərində 2:0 hesabla qələbə qazanan “bayquşlar” tarixi qələbəyə seviniblər.

Komandamızın qollarına Kahim Parris və Coy Lens Mikels imza atıblar.

Azərbaycan klubları avrokubokların 2026/2027-ci illər mövsümündə 14-cü qələbəsini qazanıblar. Bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turuna təsadüf edib.

Bu, Azərbaycan təmsilçilərinin cari mövsümdə ümumilikdə 14-cü avrokubok qələbəsi olub. Bununla da ölkəmiz tarixinin yeni rekorduna imza atıb.

Buna qədər ən yüksək göstərici 13-ə bərabər idi. 2023/2024-cü illər mövsümündə komandalarımız ümumilikdə 13 dəfə qələbəyə sevinmişdilər. Cari mövsümdə “Sabah” 7, “Qarabağ” 4, “Zirə” 2, “Neftçi” 1 dəfə meydandan qalib ayrılıb.

Bu qələbə UEFA reytinqinə də təsir edib. Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə, son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalları isə 24,187-yə yüksəlib. Bu, 24,125 xala malik İsraili keçmək üçün yetərli olub. Bir pillə irəliləyən Azərbaycan hazırda UEFA reytinqində 24-cü sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: