Azərbaycanın minifutbol üzrə U-23 milli komandası Xorvatiyada təşkil edilmiş dünya çempionatında bu gün növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, İlkin Hacıyevin rəhbərlik etdiyi yığmamız mundialdakı üçüncü oyununda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçməsi ilə qarşılaşıb.
Altı qolun qeydə alındığı bu görüş millimizin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin heyətində Mirmövsüm Caniyev, Cavid Rəhimov, Fərid Abbasov və Kənan Məsimov fərqləniblər.
Qeyd edək ki, ötən gün startı verilmiş yarışa oktyabrın 16-da yekun vurulacaq. Millimiz bu turnirdəki ilk matçında Rumıniya yığması ilə sülh bağlamış (3:3), Çexiyaya isə 4:2 hesabıyla qalib gəlmişdi.
Beləliklə, Azərbaycan millisi üç oyundan sonra 7 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Millimiz növbəti matçını sabah Slovakiya komandasına qarşı keçirəcək.
Azərbaycan U-23 millisi bu dünya çempionatına aşağıdakı heyətlə qatılıb:
Qapıçılar:
1. Elcan Sarıyev
93. Cavid Rəhimov
Oyunçular:
6. Mirzə Əmirov
7. Xəzər Ağalızadə
8. Murad Fərzəliyev
9. Kərim İbrahimov
10. Kənan Məsiмov
11. Bəyoğlan Vəlizadə
13. Ümid Qəhrəmanov
15. Ayxan Mustafazadə
19. Mirmövsüm Caniyev
20. Fərid Abbasov
21. Emil Binyatzadə
27. Nihad Ağayev
80. İbrahim Ağayarov
Baş məşqçi: İlkin Hacıyev


