“Slaviya”nın baş məşqçisi Yindrix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün ÇL-in Liqa mərhələsinin 2-ci turu çərçivəsində Bakıda baş tutmuş görüşü Praqa “Slaviya”sının (Çexiya) 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Trpişovski matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk hissədə səhvlərə yol verdik. Baxmayaraq ki, fasiləyə qədər hesab açılmamışdı. Təbii ki, məğlubiyyətin səbəbləri çoxdur. Bu cür matçlarda səhvlərə yol verməməliyik. Hər iki qolda xətalara yol verdik. Sözün açığı, mənasız qollar buraxdıq. Hətta, bizim özümüzün iki qol vurmaq üçün real şansımız var idi. Təəssüf ki, bu baş vermədi. Rəqib komanda bizə təzyiq göstərirdi və biz top itkilərinə yol verirdik. İkinci hissədə “Sabah” üstünlüyü ələ aldı. Onlar orta xətdə bizdən üstün idilər. Futbolçularımız məğlubiyyətə görə üzgündürlər”.
Baş məşqçisi “Sabah”ın komandasından daha istəkli olduğunu etiraf edib:
“Komandamdan istədiyim oyunu görə bilmədim. Bəlkə də oyunun favoriti hesab edilirdik. Amma bəzən favorit hesab olunmaq kifayət etmir. Biz bu məğlubiyyətin səbəblərini təhlil edəcəyik. Əfsuslar olsun ki, bu gün məğlub olduq”.


