Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2026/27 mövsümününün Liqa mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Bakı klubu Liqa mərhələsinin 2-ci turunda Çexiyanın “Slaviya” (Praqa) komandası ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunda baş tutmuş görüşü avstriyalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Sebastyan Gişamer olub.
“Sabah” ÇL-in Liqa mərhələsinin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzmuşdu. “Slaviya” isə öz meydanında Fransanın “Lans” komandasına 2:3 hesabı ilə məğlub olmuşdu. Bu üzdən də hər iki kollektiv ikinci turda ilk xallarını qazanmağı hədəfləmişdilər.
Oyunun ilk hissəsi qolsuz bitib. Halbuki, Kahim Parris bir epizodda rəqib qapısına yol tapsa da, VAR mübahisəli qərarlar onu qeydə almayıb. Buna baxmayaraq, Parris ikinci hissədə istəyinə çatıb. O, vurduğu qolla həm hesabı açıb, həm də “Sabah”ın ÇL-in əsas mərhələsindəki ilk qolunun müəllifinə çevrilib. Digər qolu isə Coy Lens Mikels vurub. Elə matçın ən yaxşı oyunçusu da Mikels seçilib. Beləcə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsini bayram edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
13 oktyabr
“Sabah” – “Slaviya” (Praqa) 2:0
Qollar: Kahim Parris, 49. Coy Lens Mikels, 88.
Hakimlər: Sebastyan Gişamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann (Avstriya).
VAR: Alan Kiyas (Avstriya).
AVAR: Yozef Şpurni (Avstriya).
Bakı Olimpiya Stadionu.
Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 4. Eyden Makkarti, 7. Umarali Rahmonaliyev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 37. Du Keyros, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 8. Kristian Nvaçukvu, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Slaviya: 35. Yakub Markoviç, 3. Tomaş Holeş (k), 4. David Zima, 6. Ange Nquessan, 10. Daniyel Ştrum, 16. David Mozes, 17. Lukaş Provod, 20. Emmanuel Ayaosi, 23. Mixal Sadilek, 25. Tomaş Çori, 27. Tomaş Vlçek.
Ehtiyat oyunçular: 29. Nazar Domçak, 40. Adam Rezek, 8. Oskar Kubiak, 13. Moymir Xitil, 14. Samuel İsife, 15. Mubarək Süleyman, 22. Tumani Diakite, 30. Viktor Novak, 47. David Barçot, 53. Matey Kotrba, 60. Petr Potmeşil.
Baş məşqçi: Yindrix Trpişovski.


