“Sabah”ın U-19 komandası “Slaviya”ya da uduzdu

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv Bakıda Çexiya təmsilçisi “Slaviya”nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Praqa təmsilçisi ilə qarşılaşma “Masazır Arena”da baş tutub. Matçın baş hakimi norveçli Marius Hansen Qrotta olub. Ona yan xətt hakimləri Aleksander Jaqer və Henrik Pettersen Sunde kömək ediblər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Əli Əliyev yerinə yetirib.

Daha bir azərbaycanlı – Babək Quliyev isə bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirib. O, bu matça hakim-inspektor kimi təyinat almışdı.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib. Azərbaycan təmsilçisi 3 cavabsız qolla məğlub olub – 0:3.

Xatırladaq ki, “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə “Mançester Yunayted”ə 5 cavabsız qolla uduzmuşdu. “Slaviya” isə evdə Fransanın “Lans” komandasına 2:1 hesabıyla qalib gəlmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: