Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Türkiyənin “Vanspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda 2026/2027-ci illər mövsümünün 10-cu turu çərçivəsində səfərdə “Pendikspor” ilə qarşılaşıb.
Kökçü 2:1 hesabıyla qalib gəldikləri bu görüşün 59-cu dəqiqəsində, komandası 0:1 hesabıyla məğlub durumda olarkən meydana buraxılıb.
10 turdan sonra 7 xalı olan (komandanın 2 xalı silinib – red.) “Vanspor” 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 10 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Özan Can Kökçü “Vanspor”a bu yay Niderlandın “Volendam” klubundan keçib. O, Türkiyə klubunun heyətində 6 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


