Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Eyüpspor” “Göztəpə”ni qəbul edib. Qonaqlar bu görüşdə 4 cavabsız qolla qalib gəliblər.
Beləliklə, 7 turdan sonra 16 xala malik “Qalatasaray” vahid liderdir. “Beşiktaş” 15 xalla ikinci, “Amedspor” 14 xalla üçüncü pillədə qərarlaşıb. “Fənərbağça” ilə “Trabzonspor”un 13, “Alanyaspor”la “Kocaelispor”un 12 xalı var.
Türkiyə, Super Liqa
7-ci tur
9 oktyabr
Qalatasaray – Kasımpaşa 3:1
10 oktyabr
Gənclərbirliyi – Amedspor 2:2
Alanyaspor – Ərzurumspor 0:0
Samsunspor – Trabzonspor 0:3
Rizəspor – Fənərbağça 0:3
11 oktyabr
Konyaspor – Başakşəhər 0:0
Qaziantep – Çorum 0:3
Beşiktaş – Kocaelispor 2:1
12 oktyabr
Eyüpspor – Göztəpə 0:4


