AFFA “Qarabağ”ın məşqçisini 4 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 4-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 5-ci tur

“İmişli-2” – “Neftçi-2” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Qəbələ-2” oyununun 37-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Arzu Atakişiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Gəncə komandası 100 manat cərimə edilib.

“Zirə-2” – “Qarabağ-2” oyununun 68-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Muarem Zekir hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. Ağdam komandası buna görə 1000 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: