Çexiya – Azərbaycan matçı üçün ingilis hakim

Futzal üzrə dünya çempionatının (DÇ-2028) əsas mərhələsində keçiriləcək Çexiya – Azərbaycan oyununun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, qarşılaşmanın əsas referisi ingiltərəli Peter Nurse olacaq.

Uelsli Valentin Ciuplea ikinci, şotlandiyalı Dunkan Mklulliç üçüncü hakim kimi təyinat alıb. Çexiyalı Luboş Ruql “timekeeper”, portuqaliyalı Nunu Boqolyo hakim-inspektor, finlandiyalı Yurki Filppu UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, DÇ-2028-in əsas mərhələsinin Çexiya – Azərbaycan matçı oktyabrın 16-da baş tutacaq. Fridek-Mistek şəhərində yerləşən “Hala Polarka” idman arenasında keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev bu oyun üçün milliyə 14 futzalçı dəvət edib:

Fərid Atakişiyev – Neftçi
Emin Kürdov – Araz-Naxçıvan
Kamran Hacıyev – Neftçi
Nihad İsmayılov – Neftçi
Emil Həsənzadə – Neftçi
Tofiq Əliyev – Neftçi
Murad Quluzadə – Araz-Naxçıvan
Kənan Manafov – Araz-Naxçıvan
Oktay Rüstəmli – Araz-Naxçıvan
Ədalət Ələkbərov – Araz-Naxçıvan
Nurlan Məmmədov – Araz-Naxçıvan
Eldar Zeynalov – Araz-Naxçıvan
Novruz Kazıxanov – Araz-Naxçıvan
Ülvi Əliyev – Araz-Naxçıvan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: