ÇL: “Fənər” 6 qola üzüldü, “Real” və PSJ qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/27 mövsümünün Liqa mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilub.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.

İspaniyanın “Real” komandası İtaliyada “Roma”nın qonağı olub. Yeddi qolluq bu matçda Madrid təmsilçisi əzmkar qələbəyə sevinib.

ÇL-in sonuncu qalibi PSJ “Mançester Siti” ilə üz-üzə gəlib. Paris təmsilçisi də səfərdən inamlı qələbə ilə qayıdıb.

İngiltərə nəhəngi “Liverpul” səfərdə LASK-a böyük hesabla qalib gəlib.

Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən olan Dortmund “Borussiya”sı isə səfərdə “Bodo Qlimt”ə uduzub. Türkiyə təmsilçisi “Fənərbağça” da İngiltərədə “Aston Villa”ya biabırçı hesabla məğlub olub.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur

14 oktyabr

Feyenoord (Niderland) – Komo (İtaliya) 3:2
LASK (Avstriya) – Liverpul (İngiltərə) 3:6
Mançester Siti (İngiltərə) – PSJ (Fransa) 2:4
Roma (İtaliya) – Real (İspaniya) 3:4
Aston Villa (İngiltərə) – Fənərbağça (Türkiyə) 6:0
Betis (İspaniya) – Portu (Portuqaliya) 3:2
Bodo Qlimt (Norveç) – Borussiya (Dortmund, Almaniya) 1:0
Şaxtyor (Donetsk, Ukrayna) – AEK (Afina, Yunanıstan) 3:1
Slovan (Bratislava, Slovakiya) – Ştutqart (Almaniya) 0:3

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: